Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə dünya kuboku yarışları davam edir.”Neftçi İdman Klubu”nun təmsilçisi, mübarizəyə yüz iyirmi səkkizdəbir final mərhələsində qoşulan Vasif Durarbəyli Finlandiyanı təmsil edən Dmitri Sklyarovu cavab oyununda məğlub edib. Yekun nəticəyə görə, 1,5:0,5 hesabla rəqibi üzərində qələbə qazanan şahmatçımız növbəti mərhələyə vəsiqə qazanıb. O, altmış dörddəbir finalda rusiyalı Aleksandr Predke ilə qarşılaşacaq.