Gənclər arasında taekvondo üzrə respublika
birinciliyinə yekun vurulub.Taekvondo Federasiyasının idman zalında
keçirilən yarışda klubumuzun idmançıları da qüvvələrini sınayıblar. Təmsilçilərimiz
turnirin 4 medalına (1 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar. Onlardan 45
kiloqram çəkidə çıxış edən Pünhan Mürsəlov bütün rəqiblərinə qalib gələrək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub
olan Vaqif Hacıyev (59 kq) və Elmin Əhmədov (+78 kq) gümüş medala layiq
görülüblər. Digər taekvondoçumuz Hacıağa Quliyev (55 kq) isə ölkə birinciliyini
bürünc medalla başa vurub.