Gənclər və İdman naziri Fərid Qayıbov “Neftçi İdman Klubu”nun cüdoçusu Balabəy Ağayevi Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanması münasibətilə təbrik edib.Nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.Fərid Qayıbov 60 kq çəki dərəcəsində turnirin qalibi adını qazanan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris Olimpiadasında da gözlədiklərini vurğulayıb.