Noyabrın 5-də Heydər Əliyev adına İdman
Sarayında startı verilmiş cüdo üzrə Bakı “Böyük dəbilqə” turnirinə
yekun vurulub.”Neftçi İdman Klubu”nun cüdoçusu Məmmədəli Mehdiyev yarışda
əzmlə mübarizə apararaq finala vəsiqəni təmin edib. Doxsan kiloqram çəki
dərəcəsində çıxış edən idmançımız bu yolda ardıcıl olaraq Con Jayne (ABŞ), Goki
Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. Cüdoçumuz
həlledici final qarşılaşmasında yaponiyalı Kosuke Maşiyama ilə üz-üzə
gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan
Məmmədəli Mehdiyev gümüş medala layiq görülüb.Xatırladaq ki, mötəbər turnirin ilk iki günündə cüdoçularımızdan
Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Hidayət
Heydərov (73 kq) və isə bürünc medal qazanıb.Beləliklə, klubumuzun yetirmələri “Böyük dəbilqə”
turnirinin 1 qızıl, 2 gümüş və 1  bürünc medalına sahib olublar.Qeyd edək ki, Bakı “Böyük dəbilqə” turnirində 29 ölkədən 196
cüdoçu (129 kişi, 67 qadın) medallar uğrunda yarışıb. Azərbaycan turnirdə 33
cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunub.