Fransada klublararası güləş çempionatına start
verilib.İlk turda “Neftçi İdman Klubu”nun yunan-Roma
güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası
“Mets”lə üz-üzə gəlib.Səksən yeddi kiloqram çəki dərəcəsində mübarizə
aparan pəhləvanımız iki görüş keçirib. Öncə
fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan İslam Abbasov daha
sonra erməni güləşçi Edqar Xaçatryanı 6:3 hesabı ilə məğlub edib. İdmançımızın təmsil
olunduğu komanda yekundailk turu7:3 hesablı qələbə ilə başa vurub.Qeyd edək ki, Fransa çempionatı dekabrın
sonunadək davam edəcək.