Fransanın
paytaxtı Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası turniri keçirilib.Mötəbər
yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Rüstəm Orucov (73 kq) Serbiyanın “Srvena
Zvezda” klubunun heyətində gümüş medal qazanıb.Qeyd
edək ki, Rüstəm Orucov Rio Olimpiadasının və dünya çempionatının gümüş
mükafatçısı, həmçinin Avropa çempionudur.