Dekabrın 17-də Rusiyanın Ufa şəhərində startı
verilmiş kəmər güləşi üzrə böyüklər arasında dünya kubokuna yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçisi Arif Niftullayev
mötəbər yarışda uğurla çıxış edib. Belə ki, yüz kiloqram çəki dərəcəsində
mübarizə aparan idmançımız yalnız həlledici final qarşılaşmasında məğlubiyyət
acısı yaşayıb və dünya kuboku yarışının gümüş medalına layiq görülüb.