“Ağ At” şahmat klubunun təşəbbüsü ilə onlayn Tempo turnir keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçiləri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Şahmatçılarımızdan Polad Salmanov bütün görüşləri qələbə ilə başa vurub və turnirin qalibi adını qazanıb. Cəbrayıl Zərbəliyev isə bürünc medala layiq görülüb.