İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Məmmədəli Mehdiyev uğurla çıxış edərək nüfuzlu yarışın qızıl medalına sahib olub. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançımız inamla mübarizə apararaq, Nadav Zurat (İsrail),Yersultan Muzapparov (Qazaxıstan) və Erlan Şerova (Qırğızıstan) qalib gəlib və finala yüksəlib. Həlledici  qarşılaşmada sebiyalı Nemanya Maydovla üz-üzə gələn Məmmədəli Mehdiyev rəqibini qızıl xal bölümündə məğlub edib və mötəbər turnirin qalibi adını qazanıb.Klubumuzun digər cüdoçusu Zelim Kotsoyev (100 kq) isə üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib və bürünc medala layiq görülüb.Xatırladaq ki, daha əvvəl  klubumuzun yetirmələrindən Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə  gümüş medala sahib olub.Qeyd edək ki, Təl-Əviv “Böyük dəbilqə”sində 34 ölkədən 298 cüdoçu (165 kişi, 133 qadın) medallar uğrunda mübarizə aparıb.