Bu gün Yüksək Liqada XIII turun oyunları keçirilir.”Neftçi İdman Klubu” bu tur çərçivəsində “U-19” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan matç gərgin mübarizə  şəraitində keçib. Oyun futzalçılarımızın  5:2 hesablı qələbəsi ilə başa çatıb.  Təmsilçimizin heyətində Hasan Ali Jafari (2:04;  6:11), Vahid Xocayev(14:04), Oruc Baxşəlizadə (15:17) və Omid Talebi (39:15) adlarını tabloya yazdırıblar.Qeyd edək ki, hazırda futzal komandamız turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.