On yeddi yaşadək yeniyetmə sərbəst güləşçilər arasında keçirilən Bakı birinciliyinə yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 247 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri paytaxt birinciliyinin 7 medalına (2 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər.Güləşçilərimizdən 60 kiloqram çəkidə çıxış edən Ağa Qasımov və Vasif Xudiyev (71 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubun digər yetirmələri –  Hacı Kərimli (51 kq), Elman Məmmədov (55 kq) gümüş, Mirnicat Seyidov (45 kq), Omar Gülməmmədov (71 kq) və Abdulla Şərif (80 kq) isə bürünc medala layiq görülüblər.