Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə yekun vurulub.”Neftçi İdman Klubu” ikinci dövrənin sonuncu – X turunda “Ekspress” komandası ilə üz-üzə gəlib. “Murov” voleybol klubunun idman zalında keçirilən qarşılaşma komandamızın 3:0 (25:15, 25:9, 25:13) hesablı qələbəsi ilə sona yetib.Qeyd edək ki, 10 turdan sonra 19 xalı olan “Neftçi İdman Klubu” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.