2014-cü il təvəlllüdlü və daha kiçik yaşlı oğlanlar arasında şahmat üzrə Bakı  birinciliyinin seçmə turnirinə yekun vurulub. Yarışda 80 idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu” turnirdə  8 şahmatcı ilə təmsil olunub. İdmançılarımızdan  üçü uğurla çıxış edərək seçmə turnirin qalibləri arasında yer alıb. Klubumuzun kiçikyaşlı şahmatçılarından  Məhəmməd Mustafayev (6 xal), Ənvər Babayev (5,5 xal) və Uğur Hacızadə (5,5 xal) paytaxt birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.