Birinci Divizionda XVIII turun oyunlarına start verilib.Bu turda “Qaradağ Lökbatan” “Turan Tovuz” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşmada komandamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolların hər üçü matçın ikinci hissəsində vurulub. Təmsilçimizin heyətində Nodar Məmmədov (51), Urfan İsmayılov (73), və Elnur Cəfərov (89) fərqləniblər.