“Neftçi İdman Klubu”nun boksçusu Nəbi İsgəndərov  Xorvatiyanın Poreç şəhərində keçirilən U-22  Avropa birinciliyində bürünc medala sahib olub.Altmış yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız  gürcüstanlı Luka Nikabadze,  xorvatiyalı  Alen Ahmetoviç və fransalı Hüqo Qraudan güclü olub və yarımfinala yüksəlib. Bu mərhələdə Danimarkanı təmsil edən Nikolay Tərtəryana məğlub olan Nəbi İsgəndərzadə qitə birinciliyində üçüncü yeri tutub.