Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XIX turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” bu tur çərçivəsində  “Səbail-2” komandasının qonağı olub. “ASCO Arena”da keçirilən matç komandamızın 2:1 hesablı ilə qələbəsi ilə sona yetib. “Qaradağ Lökbatan”ın heyətində I Divizionun bombardiri Sabir Allahquliyev (70, 80) dubl edib. Rəqib futbolçulardan isə Vidadi Cəfərov (76) fərqlənib.