Badamlı Azərbaycan kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib.”Neftçi İdman Klubu” bu mərhələdə ” Baku Fire” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan oyun gərgin mübarizə şəraitində keçib. Qarşılaşma daha əzmkar təsir bağışlayan  futzalçılarımızın 8:6 hesablı qələbəsi ilə başa çatıb.Qazandığı qələbə sayəsində komandamız Azərbaycan kubokunun  yarımfinalına vəsiqəni təmin edib.