“Neftçi İdman Klubu”nun paracüdoçuları Türkiyənin  Antalya şəhərində keçirilən Qran-pri yarışında uğurla çıxış ediblər. Belə ki, klubumuzun təmsilçiləri Namiq Abaslı (J2 73 kq) və Xatirə İsmiyeva (J1 +70 kq)  finala qədər inamla irəliləyiblər. Yalnız həlledici qarşılaşmada məğlub olan paracüdoçularımızın hər ikisi turnirin gümüş medalına layiq görülüb.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri, Beynəlxalq Görmə Məhdudiyyətlilərin İdman Assosiasiyasının Cüdo Komitəsinin Avropa uzrə koordinatoru Elmar Babanlı Türkiyə Görmə Əngəllilər İdman Federasiyası tərəfindən yarışın təşkilində dəstək və töhfəsinə görə hədiyyə ilə  mükafatlandırılıb.