İtaliyanın Kattolika şəhərində növbəti şahmat festivalı keçirilir.İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli də mübarizə aparır. Şahmatçımız 4 turun nəticəsinə görə 3,5 xalla üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, hazırda turnir cədvəlinə 4 xalla gürcüstanlı Levan Pantsulaia başçılıq edir.