Akrobatika gimnastikası üzrə “Neftçi İdman Klubu”nun açıq birinciliyi keçirilib. “Judo Club 2012”nin idman zalında təşkil olunan yarışda 60-dan çox idmançı bacarığını nümayiş etdirib.Birinciliyin keçirilməsində məqsəd akrobatika gimnastikası idman növünün inkişaf etdirilməsi, gənc və perspektivli idmançıların müəyyən edilməsi, eləcə də bu idman növündə respublikadaxili və beynəlxalq yarışlarda iştirak edəcək “Neftçi İdman Klubu”nun yığma komandasının tərkibinin müəyyən edilməsi idi.Çox maraqlı keçən və xarici ölkə vətəndaşlarının da qatıldığı turnirdə gimnastlar müxtəlif proqramlar üzrə yarışıblar.Qadın cütlüyü (13-19 yaş) yarışında Ayla Zakiryaeva və Mina Beydiyeva qalib olublar. Emina Əhmədova və Aydan Bayramovadan ibarət cütlük isə gümüş medal qazanıb.Balacaların qadın cütlüyündə Ela Kərimli və Ləman Nəcəfova liderliyə yüksəliblər. Xədicə Oruclu-Məryəm Əliyeva cütlüyü ikinci, Aylin Məmmədzadə və Sevil Xalıqovadan ibarət cütlük isə üçüncü yeri tutub.Qadın qrupu yarışmasında Aydan Bayramova-Ceyla Zakiryaeva-Emina Əhmədova üçlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Qarazadə, Rahilə Şirəliyeva və Fatimə İbrahimovadan ibarət qrup gümüş, Zinət Quliyeva-Səidə Sərdarlı-Xədicə Qorçuyeva üçlüyü isə bürünc medala layiq görülüb.Sərbəst hərəkətlər proqramında 2008-2009-cu təvəllüdlü idmançılar arasında Milana Salmanova qalib adını qazanıb. Martina Linghi ikinci, Alana Bakli isə üçüncü olub. 2011-2012-ci təvəllüdlü idmançılarda Səid Hüseynli liderliyə yüksəlib. Baba Babayev isə gümüş medala sahib olub. Qadınların mübarizəsində isə Sarah Burton qızıl medala yiyələnib. Jovie Valker 2-ci, Humay Tağıyeva isə üçüncü pillədə qərarlaşıb. Mədinə Bağırzadə 2013-2014-cü il təvəllüdlü idmançılar arasında ən güclü olub. Ruqəyya Zamanova gümüş, Əsmər Alməmmədli isə bürünc medal əldə edib. 2015-2016-cı il təvəllüdlü oğlanlar arasında Əbdürrəhim Hacızadə hamıdan üstün olub. Yusif Rəhimli və Umar Kərimzadə isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər. Bu yaş qrupunda xanım idmançıların mübarizəsindən Cahan Mustafayeva qalib ayrılıb. Zərifə Azaylı gümüş, Sevinc Niftalıyeva isə bürünc medala sahib çıxıb. Ayla Hacıyeva 2017-ci il təvəllüdlü qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dilək Cəfərzadə ikinci, Məryəm Abbasova isə üçüncü pillədə qərarlaşıb.