İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı keçirilib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan  cüdoçusu Leyla Əliyeva yarışın  mükafatçıları arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız turnirin bürünc medalına layiq görülüb.Qeyd edək ki, yarışda 40 ölkədən 400-dən çox idmançı qalib adı uğrunda  mübarizə aparıb.