“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində növbəti görüşünü keçirib. O, IX turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 41-ci gedişdə təmsilçimizin üstünlüyü ilə başa çatıb.Xallarının sayını 4-ə çatdıran Teymur Rəcəbov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 6,5 xala sahib Yan Nepomnyaşi başçılıq edir.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.