• Avqust 18, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya birinciliyinə 2 medalla start veriblər.

Təmsilçilərimizdən Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) mundialın bürünc medalına sahib olublar.

Qeyd edək ki, klubumuzun digər sərbəst güləşçisi Anar Cəfərli isə sabah bürünc medal uğrunda görüşə çıxacaq.