Abşeron Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə XXVI respublika birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun  təmsilçiləri yarışın 5 medalına (1 qızıl, 4 bürünc) yiyələniblər. Kikboksçularımızdan Səfərəli Vəhədov (71 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq gənclər arasında Azərbaycan çempionu olub. Eşqin Hümbətov (54 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.Yeniyetmələrin mübarizəsində isə idmançılarımızdan Əbülfəz Yaqubov (47 kq), Murad Əlizadə (69 kq) və Nicat Məmmədov (69 kq) ölkə birinciliyinin bürünc medalına layiq görülüblər.