Beynəlxalq Cüdo Federasiyası 15-17 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Qran-pri turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun təmsilçilərindən ikisi ilk beşlikdə yer alıb. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev (4657 xal) əvvəlki kimi ikinci, 73 kiloqramda çıxış edən Hidayət Heydərov (4760) isə üçüncü sıradadır. Qran-pridə qızıl medal qazanan Yaşar Nəcəfov (66 kq) 10 pillə irəliləyərək 17-ci sıraya yüksəlib. Digər cüdoçularımıza gəldikdə, Rüstəm Orucov (73 kq) 6-cı, Orxan Səfərov (66 kq) 8-ci, Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) 11-ci, Balabəy Ağayev (60 kq) isə 14-cü pillədə qərarlaşıb.