İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya birinciliyi  davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçisi İlyas İsayev (65 kq) mötəbər yarışda böyük uğura imza atıb. O, inamla mübarizə apararaq iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanıb və finala yüksəlib. Pəhləvanımız  həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabı ilə  qalib gələrək dünya çempionu olub.