“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turniri davam edir. Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün üçüncü turun oyunlarına start verilib.Qeyd edək ki, turnirdə iştirak edən 32 komanda hər qrupda 4-ü olmaqla 8 qrupda mübarizə aparır. Qrup mərhələsində birinci və ikinci yeri tutmuş komandalar səkkizdəbir finala vəsiqə qazanacaqlar.Onu da əlavə edək ki, neft, qaz və kimya sənayesinin işçiləri arasında təşkil olunan yarış 13 avqust – 19 sentyabr tarixlərində hər həftənin şənbə və bazar günləri olmaqla (14 sentyabrda çərşənbə günü yarımfinal oyunları  və 19 sentyabrda bazar ertəsi günü final oyunu istisna olmaqla) saat 10:00-dan etibarən Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçirilir.Turnirdə I, II və III yeri tutmuş komandalar, eləcə də “ən məhsuldar oyunçu”, “ən əzmkar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə qalib olmuş futbolçular SOCAR-ın diplomları, “Neftçi İdman Klubu” İctimai Birliyinin müvafiq dərəcəli mükafatları, medalları və kubokları ilə təltif ediləcəklər.Üçüncü turun ilk günündə qeydə alınmış nəticələri təqdim edirik:SOCAR Fuqro – Metanol Zavodu –  0:7SOCAR Dalğıc – SOCAR Polimer –  1:4″BOS Şelf” – UBOC –  4:0Neft Kəmərləri İdarəsi –  “Azəriqaz” İB – 3:6Əmək Şəraiti  Normalarının İşlənməsi İdarəsi – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 3:5SOCAR KBR – EKOL – 0:1SOCAR AQŞ – “Qaz İxrac” İdarəsi – 4:1″Azneft” İB – Sosial İnkişaf İdarəsi -17:0