“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə avqustun 13-də start götürən və 20 sentyabr – Neftçilər gününə həsr olunan  SOCAR-2022 mini-futbol turniri davam edir. Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün səkkizdəbir final mərhələsinin oyunları keçirildi. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda SOCAR Dounstrim, “BOS Şelf”, SOCAR Polimer, “Azneft” İB, SOCAR AQŞ, Təhlükəsizlik İdarəsi, “Azərkimya” İB və Bakı Gəmiqayırma Zavodunun komandaları qələbə qazanaraq dörddəbir finala yüksəldilər.Qeyd edək ki, neft, qaz və kimya sənayesinin işçiləri arasında təşkil olunan yarış 13 avqust – 19 sentyabr tarixlərində hər həftənin şənbə və bazar günləri olmaqla (14 sentyabrda çərşənbə günü yarımfinal oyunları  və 19 sentyabrda bazar ertəsi günü final oyunu istisna olmaqla) saat 10:00-dan etibarən Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçirilir.Turnirdə I, II və III yeri tutmuş komandalar, eləcə də “ən məhsuldar oyunçu”, “ən əzmkar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə qalib olmuş futbolçular SOCAR-ın diplomları, “Neftçi İdman Klubu” İctimai Birliyinin müvafiq dərəcəli mükafatları, medalları və kuboku  ilə təltif ediləcəklər.Bugünkü qarşılaşmaların nəticələrini təqdim edirik:Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi – SOCAR Dounstrim – 0:2″BOS Şelf” – Metanol Zavodu – 5:0SOCAR Polimer – “Azəriqaz” İB – 3:0″Azneft” İB – SOCAR KBR – 8:3EKOL – SOCAR AQŞ – 2:4Təhlükəsizlik İdarəsi – SOCAR Baş ofis – 4:1Karbamid Zavodu – Bakı Gəmiqayırma Zavodu – 2:3″Azərkimya” İB – Kompleks Qazma İşləri Tresti – 4:3