• Sentyabr 2, 2022
  • tr
  • 0

“Neftçi İdman Klubu”nun təmsilçisi Fərid Cabbarov Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya birinciliyində uğurla çıxış edib. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu tituluna sahib olub.