SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən və 20 sentyabr – Neftçilər gününə həsr olunan  SOCAR-2022 mini-futbol turniri davam edir. Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda dörddəbir final mərhələsinin oyunları başa çatıb.  Gərgin mübarizələrlə yadda qalan  qarşılaşmalarda  “Azneft” İB, SOCAR AQŞ,  Təhlükəsizlik İdarəsi və SOCAR Dounstrim komandaları qalib olublar və yarımfinala vəsiqıni təmin ediblər.Qeyd edək ki, yarımfinal mərhələsində Azneft” İstesalat Birliyinin komandası SOCAR Dounstrimlə, Təlükəsizlik İdarəsi  isə SOCAR AQŞ komandası ilə üz-üzə gələcək.Onu da əlavə edək ki, həmin görüşlərin qalibləri finala yüksələcək, məğlub olacaq hər iki komanda isə bürünc medala layiq görüləcək. Bu da onu deməyə əsas verir ki, artıq yarımfinala yüksəlmiş komandaların hər biri   ən azı üçüncü yeri təmin edib.Dörddəbir final qarşılaşmalarında  aşağıdakı nəticələr qeydə alınıb:SOCAR Dounstrim – Bakı Gəmiqayırma Zavodu – 2:0SOCAR Polimer – SOCAR AQŞ – 0:2Təhlükəsizlik İdarəsi – “Azərkimya” İB – 2:1″BOS Şelf” – “Azneft” İB – 3:5