“Neftçi İdman Klubu”nun daha iki  cüdoçusu İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində mükafata layiq görülüb. Təmsilçilərimizdən Məmmədəli Mehdiyev (100 kq) gümüş, Uşanqi Kokauri (+100 kq) isə bürünc medala sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun yetirmələrindən Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) gümüş medal qazanmışdılar.Qeyd edək ki,  turnirdə 35 ölkədən  376 cüdoçu (228 kişi, 148 qadın) medallar uğrunda mübarizə aparıb.