Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik stildə kəmər güləşi üzrə dünya cempionati keçirilib.Yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kəmər güləşi təmsilçiləri iştirak ediblər.”Neftçi İdman Klubu”nun təmsilçisi Camal Feyziyev (+100 kq) çempionatda iki medal qazanıb. İdmançımız həm klassik, həm də sərbəst stildə bürünc medallara sahib olub.