Bakı İdman Sarayında hapkido idman növü üzrə keçirilən Azərbaycan çempionatı və birinciliyinə  yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələri yarışda müxtəlif yaş qruplarında çıxış ediblər. İdmançılarımızdan Eyyub Musayev (36 kq, 15-16 yaş) Əbülfəz Yaqubov (49 kq, 13-14 yaş), Məhəmmədrəsul Axundov (38 kq, 11-12 yaş) və Haleh Mehdiyev (34 kq, 8-9 yaş) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və  ölkə birinciliyinin gümüş medalına layiq görülüblər.