“Neftçi İdman Klubu”nun  yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında böyük uğura imza atıb. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan  idmançımız mötəbər yarışda inamla çıxış edərək finala qədər irəliləyib. O, həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə məğlub olan Nihad Quluzadə mundialın gümüş medalına sahib olub.