Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən U-23 Avropa çempionatında fərdi yarışlara yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri mötəbər yarışı iki gümüş medalla başa vurublar. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində yer alan Kənan İsmayılov və Könül Əliyeva (48 kq) qitə birinciliyinin gümüş mükafatına layiq görülüblər.Qeyd edək ki, iki gün davam edən yarışda 40 ölkədən 306 idmançı medallar uğrunda mübarizə aparıb.