Kiçikyaşlı yeniyetmə  şahmatçılar  arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Neftçi İdman Klubu”nun açıq birinciliyinə yekun vurulub. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının şahmat zalında təşkil olunan  turnirdə 50-yə yaxın kiçikyaşlı zəka sahibi beş yaş qrupu üzrə  bacarığını nümayiş etdirib.Oğlanlar arasında 2005-2006-cı il təvəllüdlü idmançıların yarışında Nail Ağayev, 2007-2008-ci il təvəllüdlülərdə Nihat Əmirov, 2009-2010-cu illərdə Emil Həmzəyev, 2011-2012-ci il təvəllüdlülərdə  Yaqub Hüseynov, 2013-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar arasında isə Hüseyn Cavziyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qızların mübarizəsində 2005-2006-cı il doğumlularda Xədicə Muradova, 2007-2008 – ci illərdə Səmayə Dadaşzadə, 2009-2010 – cu illərdə Leyla Hacıyeva, 2011-2012 – ci il təvəllüdlülərdə Ayişə Mehdiyeva,  2013 – cü il təvəllüdlü və daha  kiçik yaşlı idmançılar arasında isə Mehri  Fətullalı qalib adını qazanıb.Qalib və mükafatçı şahmafçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.Oğlanlar2005-2006 – ci il1. Ağayev Nail2. Babayev Ağahüseyn3. Mustafayev Məhəmməd2007-2008 – ci il1. Əmirov Nihat2. Vəlizadə Məhəmməd3. Tarverdiyev Fərid2009-2010 – cu il1. Həmzəyev Emil2. Qurbanov Nizami3. Məmmədov Nurlan2011-2012 – ci il1. Hüseynli Yaqub2. Səlimi Vüsal3. Zərbəliyev Cəbrayıl2013 – cü il təvəllüdlü və daha  kiçik yaşlılar1. Cavziyev Hüseyn2. Fərəcli Akif3. Kazımov YusifQızlar2005-2006 – cı il1. Muradova Xədicə2. Rəhimli Gülgəz3. Hüseynova Fatimə2007-2008 – ci il1. Dadaşzadə Səmayə2. Hüseynova Aynur3. Dadaşova Lalə2009-2010 – cu il1. Hacıyeva Leyla2. Məmmədzadə Aysu3. Hacıyeva Ayla2011-2012 – ci il1. Mehdiyeva Ayişə2. Babayeva Dəniz3. Tağızadə Nigar2013 – cü il təvəllüdlü  və daha kiçik yaşlılar1. Fətullalı Mehri2. Məmmədova Xədicə3. Sahibcanova Fatimə