Futbol üzrə Azərbaycan I Divizionunda XI turun oyunlarına start verilib.Turun ilk günündə  “Qaradağ Lökbatan” “Qəbələ-2” komandasını sınağa çəkib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə sona yetib. Futbolçularımızdan Rəvan Abasov (69′) və Sabir Allahquliyev (84′) fərqləniblər. Rəqibin heyətində isə Rauf Məhərrəmov (57′) komandasının yeganə qoluna imza atıb.