«Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub. Otuz yaşlı qrossmeysterimiz sonuncu turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib. Yekunda 6,5 xal toplayan Eltac Səfərli turniri birinci pillədə başa vurub.Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı bacarığını nümayiş etdirib.