Bu gün futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu”  “U-19” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə sona yetib. Qollara futzalçılarımızdan  Məhəmməd Abbasov (9:29), Asif Zeynalov (16:39) və Mirzə Əmirov (25:37) imza atıb.