Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft istehsal edən  ölkələrin 19-cu dünya kuboku yarışına yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri inamla mübarizə apararaq nüfuzlu turnirin 1 qızıl, 1 gümüş və 3 bürünc medalını qazanıblar.Boksçularımızdan Surət Qarayev (86 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final görüşündə məğlub olan Rəvan Əliyev (92 kq) gümüş medala layiq görülüb. Maqsud Xasmetov (57 kq), Ramiz Məmmədov (60 kq) və İlahə Ağamirzəyeva (48 kq) isə yarışı üçüncü pillədə başa vurublar.