Azərbaycan Basketbol Liqasında XII turun oyunları davam edir.Bu turda “Neftçi İdman Klubu” “Gəncə” komandası ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüş matçın sonuna qədər gərgin mübarizə şəraitində davam edib. Yekunda  basketbolçularımız  rəqib üzərində 81-78 hesabı ilə qələbə qazanıblar.