Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.Bu gün – yarışın dördüncü günündə “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Taleh Məmmədov turnirin mükafatına layiq görülüb. Altmış üç kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Hacı Əliyev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) isə bürünc medala layiq görülüb.