Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Dəhşətli qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur, minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir.”Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivi də Xocalı soyqırımı abidəsini ziyarət edib. Məşqçilər, idmançılar, eləcə də klubun nümayəndələri abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini böyük  ehtiramla anıblar.Allah bütün şəhidlərimizə rəhmət eləsin!