Basketbol üzrə Azərbaycan kubokunun qrup mərhələsində ilk  turun oyunları keçirilib.B qrupunda (“Neftçi İdman Klubu”, “Zirvə Astara”, NTD, “Olimpik Şəki”) yer alan “Neftçi İdman Klubu” bu turda “Zirvə Astara” ilə qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüşdə təmsilçimiz daha yaxşı oyun nümayiş etdirib və rəqibi üzərində 93:76 hesablı qələbə qazanıb.Qeyd edək ki, Basketbol üzrə Azərbaycan kubokunun oyunları 21-26 martda “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçirilən kubok matçları dairəvi sistemdə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. 26 martda isə final görüşü təşkil olunacaq.