“Neftçi İdman Klubu”nun təmsilçiləri Qazaxıstanın Atırau şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında keçirilən beynəlxalq turnirdə 2 medala sahib olublar. Azərbaycan millisinin heyətində yer alan idmançılarımızdan Yusif Dursunov (110 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər pəhləvanımız İsmayıl Rəhimli (71 kq) isə yarışı bürünc medalla başa vurub.