Bakı Atıcılıq Mərkəzində keçirilən güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışına yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələrindən Elvin Astanov kiçik çaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında 527 xal toplayaraq gümüş medala yiyələnib. Vladislav Kalmıkov isə üçüncü yeri tutub.Pnevmatik tapançadan (PTÇ-3)  10 metr məsafəyə çalışmalarda da Elvin Astanov (570 xal) eyni uğuru təkrarlayaraq, yenidən fəxri kürsünün ikinci pilləsində yer alıb. Qadınların mübarizəsində isə Leyli Əliyeva (557 xal) gümüş medala layiq görülüb.Qarışıq komanda  (MİX) yarışlarında Elvin Astanov-Leyli Əliyeva cütlüyü ikinci,  Vladislav Kalmıkov və Xalidə Əliyevadan ibarət cütlük isə üçüncü yeri tutub.