![](https://static.neftchi.org/uploads/1687597069_whatsapp-image-2023-06-12-at-21.13.jpg)
“Neftçi” klubu 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində finala yüksəlib. Komandamız yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələrək bu uğura nail olub. Həlledici qarşılaşmada “Neftçi”nin rəqibi Hollandiya yığması olacaq.Qeyd edək ki, A qrupunda yer alan təmsilçisimiz dünən Rumıniya millisini (20:11), Türkiyə yığmasını (21:7) və Almaniya milli komandasını (16:14) məğlub etmiş və qrup lideri kimi yarımfinala vəsiqə qazanmışdı.