Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun
Nabran meşə zolaqlarında keçirilən səmti müəyyən etmə idman növü üzrə açıq
respublika çempionatı başa çatıb. Yarışda nazirlik, idarə, təşkilat, güc
strukturları, klub və federasiyalar, idman cəmiyyətlərini təmsil edən 14
komandanın tərkibində 250 idmançı mübarizəyə qoşulub. İştirakçılar elektron
qeydolunma sisteminin tətbiqi ilə təşkil olunan çempionatda “Elit”, “Open” və
“Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə bacarıqlarını nümayiş
etdiriblər.Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının
Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışa yerli təmsilçilərlə
yanaşı, Türkiyə, Ukrayna, Latviya və Gürcüstandan olan idmançılar da qatılıb.Çempionatbaşa
çatdıqdan sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin
adları müəyyənləşib. “Neftçi İdman Klubu”nun təmsilçiləri komanda hesabında
açıq respublika çempionatının kubokuna sahib olublar.