Bu gün 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq (İsveçrə) mərhələsinin qrup oyunları keçirilib.A qrupunda yer alan  “Neftçi” komandası ilk oyunda Friburq mərhələsinin  reytinq xallarına görə bir nömrəsi sayılan Kanada millisinə 15-13 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada təmsilçimiz Malayziya millisi ilə üz-üzə gəlib. Rəqibini 21:7 hesabı ilə məğlubiyyətə uğradan “Neftçi” komandası dörddəbir finala yüksəlib.Qeyd edək ki, final mərhələsinin oyunları iyulun 7-də keçiriləcək.Xatırladaq ki, komandamız iyun ayında keçirilən Şuşa mərhələsinin və bugünlərdə sona çatmış Netanya mərhələsinin qalibi olub.