Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun ikinci turniri keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan  yarışda 21 klub, cəmiyyət və idman təşkilatından 61 cüdoçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə inamla çıxış edərək iki qızıl medal qazanıblar. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov və Telman Vəliyev (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.